Qarışıq döyüş növləri üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko ağır çəki dərəcəsində keçirilən Bellator Qran-Prisinin finalında amerikalı boksçu Rayan Beyderə məğlub olub.
Oxu.Az xəbər verir ki, Los-Anceles şəhərində keçirilən final görüşü birinci raundunun elə birinci dəqiqəsində nokautla yekunlaşıb.
Bu məğlubiyyət 42 yaşlı Yemelyanenko üçün altıncı sayılır, o, 38 dəfə qarışıq döyüş növlərində qalib olub.
35 yaşlı Beyder isə indi iki çəki dərəcəsinin çempionluq kəmərinə sahibdir. R.Beyder beş məğlubiyyətlə 27-ci qələbəsini qazanıb.