27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında iştirak edəcək milli komandanın açıq məşqi keçirilib.
Oxu.Az-ın məlumatına görə, məşqi federasiya rəhbərliyi, həmçinin nümayəndələri və digər rəsmi şəxslər izləyiblər.
Məşqdən əvvəl Güləş Federasiyasının baş katibi Pərvin Piriyev və vitse-prezident Namiq Abdullayev çıxış edərək yarışçılara uğurlar arzulayıblar.
Daha sonra komandalarımızın heyəti açıqlanıb.
Sonda mundialda iştirak edəcək güləşçilərin məşqi keçirilib.
Qaynar xətt:
(055) 224 12 12