80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U17 dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, türkiyəli Volkan Bilginlə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 10:6.
80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U17 dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, Ali Zakirjanovla (Qırğızıstan) qarşılaşıb.
Görüş təmsilçimizin vaxtından əvvəl qələbəsi ilə başa çatıb - 10:0.
Qeyd edək ki, bundan sonra daha bir təmsilçimiz - Hüseyn Rzazadə (48 kq) mübarizəyə qoşulacaq.
Xatırladaq ki, daha əvvəl Rəşid Nazarov (65 kq), Hakim Tağıyev (110) və Abbas Şəfiyev (55 kq) ilk görüşlərində məğlub olmuşdular.