Gündüz Abbaszadə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri postundan ayrıldığını təsdiqləyib.
Oxu.Az saytına açıqlama verən Gündüz Abbaszadə postundan getdiyini bildirib:
“Bəli, bu məsələ ilə bağlı klub rəhbərliyinə müraciət etdim. Qarşılıqlı razılıq əsasında “Qarabağ”la yolları ayırdıq. Klubdakı 2 il 4 aylıq fəaliyyət mənim üçün böyük təcrübə oldu. İki çempionluq yaşadım, iki qrup mərhələsi, iki pley-off yaşadıq. “Qarabağ”ın tarix yazdığı oyunların bir parçası oldum. Biz “Qarabağ”la sadəcə rəsmiyyətdə yollarımızı ayırırıq. Bundan sonra da bağlılığımız qalacaq. Bu müddətdə başda Emrah Çelikel və Qurban Qurbanov olmaqla mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm”.
15:38
“Qarabağ”ın direktoru Emrah Çelikel Gündüz Abbaszadənin klubun mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılması ilə bağlı açıqlama verib.
Oxu.Az-a danışan Emrah Çelikel belə bir ehtimalın olduğunu bildirib:
"Gündüz Abbaszadə hələ ki, postundan ayrılmayıb. Ancaq ayrılması mümkündür, ola bilər. Özü ilə danışıqlar gedir", - deyə E.Çelikel bildirib.
15:16
“Qarabağ”da ayrılıq reallaşıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gündüz Abbaszadə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri postundan gedib.
O, dünən vəzifəsini tərk edib. Bu posta kimin təyin olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, G.Abbaszadə 2021-ci ildən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri idi.
Bu barədə ilk məlumatı Bizim.media yayıb.
Faiq Tahirov