Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Harri Keyn "Qızıl buts" mükafatının sahibi olub
"Bavariya" klubunun təcrübəli hücumçusu Harri Keyn 2023/24 mövsümünün "Qızıl buts" mükafatının sahibi olub.
Məlumata görə, Almaniya Bundesliqasında mövsümü 36 qolla tamamlayan, Avropa ölkələrinin liqalarının bombardiri kimi "Qızıl buts" mükafatının sahibi olub.
Avropada onun ən yaxın izləyicisi "Ştutqart" klubunun forvardı Seru Qirassidir (28 qol). Üçüncü yerdə isə PSJ-nin hücumçusu Kilian Mbappe (27 qol) qərarlaşıb.
Qeyd edək ki, 30 yaşlı ingiltərəli forvard bu mövsüm "Bavariya" klubu ilə ümumilikdə 45 matçda meydana çıxıb. Bu oyunlarda 44 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Goal.com
"Harri Keyn" teqi üzrə xəbərlər
Ən çox oxunanlar