Həbib Nurməhəmmədov azərbaycanlı MMA idmançısı Nəriman Abbasovu təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, o, yeznəsi Şamil Zavurovu dünən nokauta salan Nərimana nə vaxt lazım olsa, kömək edə biləcəyini bildirib:
“Nəriman Abbasovu səmimi qəlbdən təbrik edirəm, bu, idmandır və ən başlıcası hörmətdir. Sənə uğurlar arzulayıram, qardaş. Sən və komandanda olanlar çox layiqli insanlarsınız. Mənim köməyimə ehtiyacınız olarsa, hər zaman sizə kömək etməkdən məmnun olaram. Allah sizi qorusun”.
View this post on InstagramQeyd edək ki, dünən Nəriman Abbasov karyerasının sonuncu döyüşünü keçirən Şamil Zavurovu elə birinci raundda nokauta salaraq kəmərə sahib çıxıb.
Səbuhi Musayev
"Həbib Nurməhəmmədov" teqi üzrə xəbərlər
- Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
- Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?
- Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
- Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
- Osman Nurməhəmmədov PFL-in yüngül çəki titulunu qoruyub
Digər xəbərlər