UFC çempionu Həbib Nurməhəmmədovun komandası ilə birgə keçirdiyi mətbuat konfransında azərbaycanlı kimi təqdim etdiyi “One FC” turnirinin qalibi Kamran Abbasovun kimliyi bilinib.
Oxu.Az-ın xəbərinə görə, o, Qırğızıstanda doğulmuş ahısqa (məhsəti) türküdür.
Bu barədə Kamran Abbasov özü məlumat yayıb: “Dəyər verdiyin üçün sağ ol, qardaş. Ancaq mən Qırğızıstanda doğulmuş türkəm (məhsəti türkü). Səndən bunu eşitmək çox xoşdur. Biz hamımız qardaşıq və bir olmalıyıq”.
View this post on InstagramQeyd edək ki, Həbib Nurməhəmmədov “Moskva-Baku”nun əməkdaşı Tatyana Novikovanın sualına belə cavab verib: “Təbii ki, biz azərbaycanlı idmançılarla görüşəndə, söhbət edəndə onları dəstəkləyirik. Bunların arasında Nəriman Abbasovu, onun şəxsi məşqçisi Şəhriyar Abbasovu göstərə bilərəm. Onlar atamın vaxtında bizdə çox təlim-məşq toplanışında olublar. Düşünürəm ki, Nəriman UFC-də rahat döyüşə bilər. Onun səviyyəsi buna imkan verir. Hətta bilirəm ki, o, UFC ilə müqavilə bağlamağa hazırdır. Bilmirəm, hazırda Kamil Hacıyevin (Nəriman Abbasovun kəməri qazandığı turnirin prezidentini nəzərdə tutur – S.M.) onunla bağlı planları necədir. Əgər səhv bilmirəmsə, “One FC”nin qalibi Kamran Abbasov da azərbaycanlıdır. Ola bilər ki, səhv edim, ancaq məncə, o da azərbaycanlıdır. Azərbaycanda yaxşı döyüşçülər var. Ancaq təəccüblənirəm ki, MMA-da onların sayı azdır. Onlarda boks, güləş, cüdo yaxşı səviyyədədir. Məntiqlə çoxlu MMA döyüşçüləri də çıxmalıydı. Ancaq belədir”.
Səbuhi Musayev
"Həbib Nurməhəmmədov" teqi üzrə xəbərlər
- Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
- Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?
- Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
- Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
- Osman Nurməhəmmədov PFL-in yüngül çəki titulunu qoruyub
Digər xəbərlər