Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına nümayəndələrini seçib. Seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.
Yeni tərkib 2025-2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Qürurverici haldır ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Futbolun kölgəsində ofsayda düşən idman növlərinin əsas problemi nədədir?
- Hidayət Heydərov: Qələbədən sonra gələn sual dolu sükut
- Hidayət Heydərov reytinq cədvəlində ilk onluqdan kənarda qaldı
- Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu fərdi yarışı medalsız başa vurdu
- Hidayət Heydərov reytinq sıralamasında üçüncü pilləyə enib