Bu gün Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı idman mütəxəssisləri təltif edilib.
Oxu.Az xəbər verir ki, səkkiz nəfər respublika dərəcəli hakim, doqquz nəfər əməkdar idman ustası, 31 nəfər əməkdar məşqçi və 16 nəfər idman işçisi adına layiq görülüb.
Mükafat alanlar arasında basketbol millimizin sabiq baş məşqçisi Elxan Əliyev də olub. Həmçinin basketbol üzrə U-20 millisinin çalışdırıcısı Tahir Baxşıyev, I divizionda çıxış edən “Sabah” futbol klubunun baş məşqçisi Arif Əsədov, “Neftçi”nin aşağı yaş qrupları üzrə məşqçisi Məqsəd Yaqubəliyev “Əməkdar məşqçi” adına layiq görülüb.
Səbuhi TOFİQOĞLU
www.oxu.az