Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İdmançılarımız 30 min dollarlıq turnirdə mübarizəyə başlayır
Bu gün Dnepr şəhərində ardıcıl üçüncü dəfə keçirilən cüdo üzrə Ukrayna açıq çempionatı start götürəcək.
Oxu.Az xəbər verir ki, bu çempionatda ağır çəkili idmançılar yarışır.
Bu dəfə təşkilatçılar 81 kq çəki dərəcəsində olan cüdoçuların da turnirdə yarışmasına icazə verib.
Cüdoda mütləq çempionu müəyyənləşdirmək üçün Ukrayna, Gürcüstan, Azərbaycan, Belarus və Xorvatiyadan idmançılar iştirak edəcək. Bunların arasında dünya çempionatlarının mükafatçıları da var.
Cüdo Federasiyasından əldə etdiyimiz məlumata görə, Azərbaycanı bu yarışda beş idmançımız təmsil edəcək. Murad Fətiyev, Fəqan Quluzadə (hər ikisi -81 kq), İmran Yusifov (-100 kq), Şahin Qəhrəmanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) cüdo üzrə mütləq çempionu müəyyənləşdirməyə çalışacaq.
Qeyd edək ki, bu gün başa çatacaq turnirin mükafat fondu 30 min dollardır. Qaliblər beş min, gümüş mükafatçılar üç min və bürünc medal qazananlar min dollar mükafat qazanacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?