Cüdo üzrə Azərbaycan yığması Abu-Dabidə veteranlar arasında keçirilən Dünya çempionatında üç medal qazanıblar.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, qızıl medalları Rəsul Səlimov (90 kiloqram) və Elxan Rəcəbli (81 kiloqram) qazanıb. Finalda fransız Muriel Sigeynə uduzan Zülfiyə Hüseynova gümüş medalla kifayətlənib.