İndoneziyada 3-cü İslam oyunları davam edir.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, komandamızın hesabına daha 1 qızıl medal yazılıb.
Üzgüçü Boris Kirillov arxasıüstə 200 metr məsafəyə yarışda qalib olub. O, finişə cəmi 2 dəqiqə 04,98 saniyəyə çatıb.
Bu Kirillovun şəxsi və həmçinin Azərbaycanın idmanın bu növündə rekord göstəricisidir.