Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hazırda idmançılarımızın aktivində 5 qızıl, 17 gümüş, 16 bürünc medal var.
Siyahıya Rusiya (34 qızıl, 8 gümüş, 7 bürünc medal) başçılıq edir. Belarus (4 qızıl, 13 gümüş, 15 bürünc) üçüncüdür.
İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Azərbaycan samboçuları III MDB Oyunlarında daha iki medal qazanıblar.
Oxu.Az "Report"a istinadən bildirir ki, Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+98 kq) gümüş mükafat əldə ediblər.
Hər iki idmançı finalda məğlub olub.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3 idmançısı qələbə ilə başlayıb.
Boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.
Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Nigora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.
63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.
Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.






Daha çox foto burada: PhotoStock.az
Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib.
Kişilər arasında 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib.
Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.
Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) finalda məğlub olaraq, gümüş medala yiyələniblər.
Altı taekvondoçu isə bürünc medalın sahibi olublar - kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq).
Eyni zamanda, Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.
İdmançı finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Rəhimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rüstəm Qasımzadə (58 kq) isə gümüş mükafatla kifayətlənib.
Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb.
Oxu.Az xəbər verir ki, taekvondoçu Ziya Həsənli (63kq) turnirin qalibi olub.
Qeyd edək ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo turnirinin finalında o, Rusiya təmsilçisi Yeqor Lakinyı məğlub edib.
Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, Abdullətif Musayev (53 kq), Rüstəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Yarımfinalda uduzan Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) bürünc mükafat uğrunda yarışacaqlar.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanın daha üç stolüstü tennisçisi III MDB Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, onlar Adil Əhmədzadə və Mərziyyə Nurmətovadır.
Fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.
Onur Quluzadə də fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3. O.Quluzadə yarışda gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl altı medal (üç gümüş, üç bürünc) qazanıblar.

Azərbaycanın daha iki təmsilçisi III MDB Oyunlarında medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina bürünc mükafat əldə edib.
Onlar 200 metr məsafəyə "butterfly" üsulu ilə üzməkdə uğurlu çıxış ediblər.
Qızıl medala rusiyalı Anastasiya Çernışova sahib çıxıb.
Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, idmançı gümüş mükafata sahib çıxıb.
O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.
III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis yarışlarının həlledici görüşləri keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti yarışlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.
Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışların qalibləri müəyyənləşəcək.
Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.









