III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qızların fərdi yarışında Mərziyə Nurmətova isə özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər idmançı Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub - 1:3.




Daha çox foto burada: PhotoStock.az
III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb.
Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 1:0.
Qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə rəqib qapısından keçirib.
Qeyd edək ki, III MDB oyunlarında futbol yarışlarına oktyabrın 3-də yekun vurulacaq.
Daha çox foto burada: PhotoStock.az
III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milliləri gümüş medal qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hər iki komanda Rusiya millisinə uduzublar.
Həm oğlanlardan, həm də qızlardan ibarət komandalar rəqiblərinə 0:2 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarında final qarşılaşmaları baş tutacaq.
Oxu.Az yarışın mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşib. Yarımfinal görüşlərinin nəticələrinə əsasən, hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.
27 sentyabr, 10:00
Stolüstü tennis (kişilər), final:
Azərbaycan - Rusiya;
Stolüstü tennis (qadınlar), final:
Azərbaycan - Rusiya.
Bundan başqa, bu gün stolüstü tennisdə fərdi yarışlar başlayır.
Maraqla gözlənilən digər idman növü - futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaqlar.
27 sentyabr, 12:00
A qrupu
Tacikistan - Azərbaycan
14:00
B qrupu
Belarus - Rusiya.