Rusiyanın üzgüçülük idman növü üzrə komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, idmançıları Gəncə Beynəlxalq Aeroportunda III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.
Daha sonra idmançılar yarışların keçiriləcəyi məkanlara yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.