Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan "Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib.
Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub - 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda qalib adını qazananlar bunlardır:
350 metr:
12-17 yaş (qızlar)
1. Aleksandra Slepenko
12-17 yaş (oğlanlar)
1. Yusif Sofiyev
18-23 yaş (qızlar)
1. Gülarə Nəzərova
18-23 yaş (oğlanlar)
1. Matsvey Danilau
24-35 yaş (qızlar)
1. Tubu Abdulzade
24-35 yaş (oğlanlar)
1. Hüseyn İsmayıllı
36-55 yaş (qadınlar)
1. Yelena Dubentsova
36-55 yaş (kişilər)
1. Roman Vladıka
56-70 yaş (qadınlar)
1. Natalya Baykova
56-70 yaş (kişilər)
1. Pyotr Kuvşinov
71 yaşdan yuxarı (kişilər)
1. Vaqif Nəsibov
1000 metr:
12-17 yaş (qızlar)
1. Məryam Cavadova
12-17 yaş (oğlanlar)
1. Fərhad Şirməmmədli
18-23 yaş (qızlar)
1. Alisa Belaya
18-23 yaş (oğlanlar)
1. Səid Həmidov
24-35 yaş (qızlar)
1. Fatimə Alkərəmova
24-35 yaş (oğlanlar)
1. Zaur Arkaniya
36-55 yaş (qadınlar)
1. Natalya Mordasova
36-55 yaş (kişilər)
1. Roman Qalavatskiy
56-70 yaş (qadınlar)
1. Olena Timçenko
56-70 yaş (kişilər)
1. Anatoliy Baykov
Qaliblərə mükafatları Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.
Mingəçevirdə, Kür çayının sahilində keçirilən "Kürü keçək?! 5" açıq üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib.
Oxu.Az xəbər verir ki, 1000 metr məsafəyə yarışda 111 idmançı mübarizə aparır.
Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilir: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.
Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" üzgüçülük yarışı keçirilir.
Oxu.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.
Bu il ilk dəfə yarış iki məsafə üzrə təşkil olunur. 111 iştirakçı 1 000 metr, 505 iştirakçı isə 350 metr məsafədə mübarizə aparacaq.
İlk olaraq 350 metr məsafəyə üzmə yarışına start verilib.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var.
Kişilər və qadınlar arasında altı yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.