Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İki penaltini qaçıran "Sanderlend" liderliyə yüksələ bilmədi
İngiltərənin Çempionşip Liqasının XXVII turunda "Börnli" "Sanderlend"i qəbul edib.
Oxu.Az xəbər verir ki, sürətli hücumlar şəraitində keçən görüşdə əsas hadisələr fasilədən sonraya təsadüf edib.
Belə ki, 86-cı dəqiqədə penaltini qaçıran Uilson İsidor daha sonra əsas vaxta əlavə olunmuş yeddinci dəqiqədə də 11 metrlik zərbəni yerinə yetirə bilməyib.
İsidorun qaçırdığı penaltilər komandasının liderliyə yüksəlməsinə maneə olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hərəyə 53 xalı olan "Lids Yunayted" və "Börnli" birinci və ikinci pillələri bölüşürlər. "Şeffild Yunayted" 52 xalla 3-cüdür. Aktivində 51 xalı olan "Sanderlend" isə 4-cü sırada qərarlaşıb.
Rəylər