Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
ABŞ-də 100 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.
Oxu.Az "SkySports"a istinadən xəbər verir ki, Kerli onunla əlaqəsi olmayan cinayət işinin araşdırıldığı ərazidəki avtomobilinə yaxınlaşmaq istəyərkən polislər ona kənara çəkilməyi məsləhət görüblər. Ancaq idmançı etiraz edib və bundan sonra polis onu kənara itələyib. Kerliyə qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o saxlanılıb.
İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Kerlinin 29 yaşı var. O, son iki olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb - Tokioda gümüş və Parisdə bürünc. Onun dünya çempionatında da üç qələbəsi var.
"olimpiya çempionu" teqi üzrə xəbərlər
- Komanda yoldaşını dişləyən Olimpiya çempionu heyətdən kənarlaşdırılıb
- Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçilə bilər
- Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi
- Dördqat Olimpiya çempionu insult keçirərək reanimasiyaya düşüb
- Ata qarşı sərt davranan üçqat Olimpiya çempionu diskvalifikasiya edilib
Rəylər