Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakının “İnter” klubu “Hafnarfyordur” səddini adlayarsa (İslandiyada keçirilən ilk oyunda həmyerlilərimiz 2:1 hesabı ilə qalib gəliblər), 3-cü təsnifat mərhələsində İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşacaq.
Avropa Liqasındakı digər təmsilçimiz “Qəbələ” isə “Çukariçki” səddini keçə bilsə (Sebiyada keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar), “Apollon” (Kipr) - “Trakay” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavaba qarşılaşmaları isə avqustun 6-da keçiriləcək.