Futbol üzrə İtaliya yığmasının baş məşqçi postu Luici Di Byacoya tapşırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (İFF) prezidenti postuna namizəd olan Damiano Tommatsi yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, “Skuadra Adzurra”nı martın 23-də İsveçrədə Argentinaya və həmin ayın 27-də Londonda İngiltərə ilə yoxlama oyunlarına məhz Di Byaco çıxaracaq.
Lakin İtaliyanın gənclərdən ibarət millisinin çalışdırıcısı əsas yığmaya müvəqqəti rəhbərlik edəcək. İFF hazırda yeni baş məşqçi axtarışındadır.
Xatırladaq ki, İtaliya yığması Campyero Venturanın istefasından bəri baş məşqçisiz qalıb. O, komandanı DÇ-2018-ə çıxara bilmədiyinə görə istefaya göndərilib.
S.T.
www.oxu.az