Kamran Ağayevin milli komandadan ayrılmasının səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ayxan Abbasov milli komandaya öz məşqçilər heyəti ilə gəlib.
O, məşqçilər korpusunda qapıçı məşqçisi Kamil Qafarovla çalışmağa başlayıb.
Qeyd edək ki, K.Ağayev son olaraq Fernandu Santuşun məşqçilər korpusunda yer alıb.
Murad Nəsimi
Kamran Ağayev Azərbaycan milli komandasından uzaqlaşdırılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ayxan Abbasov baş məşqçi təyin edildikdən sonra K.Ağayevlə müqaviləyə xitam verilib.
Maraqlıdır ki, sabiq baş məşqçilər Canni De Byazi və Fernandu Santuşun dönəmində əsas yığmada qapıçı məşqçisi işləyən keçmiş qolkiper aşağı yaş qruplarında da işlə təmin edilməyib.
Qeyd edək ki, Kamran Ağayev 2022-ci ildə Azərbaycan yığmasında qapıçı məşqçisi kimi fəaliyyətə başlamışdı.