BƏƏ-də keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz bürünc medal qazana bilər.
Oxu.Az-ın xəbərinə görə, komandamız bu gün təsəlliverici görüşdə Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edərək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Komandamızın bürünc medal üçün rəqibi Özbəkistan olacaq.
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kişi kata millimiz isə Mərakeş, Monteneqro, İraq, Rusiya, Misir, Küveyt, Hindistan, Türkiyə, Kolumbiya və Yaponiya ilə bir qrupda mübarizə aparıb. Komandamız göstərdiyi hərəkətlərin cəminə görə münsiflərdən 23.66 xal toplayıb. Bununla da komandamız qrupu altıncı yerdə başa vuraraq mübarizəni dayandırıb.
14:03
BƏƏ-də keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz yarımfinala vəsiqə qazana bilməyib.
Oxu.Az-ın xəbərinə görə, komandamız Serbiyaya 1:3 hesabı ilə uduzub.
Komandamız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.
13:08
Dubayda keçirilən dünya çempionatında karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir komanda üzərində qələbə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, yığmamız 1/8 finalda karatenin yaradıcıları Yaponiyaya 3:0 hesabı ilə qalib gəlib.
Komandamız 1/4 finalda Serbiya ilə qarşılaşacaq.
11:52
BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz daha bir komandaya qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, Rafael Ağayev, Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət millimiz bu gün Hindistana 3:0 hesabı ilə qalib gəlib.
Komandamız növbəti mərhələdə karatenin vətəni sayılan Yaponiya təmsilçiləri ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız dünən Xorvatiya ilə heç-heçə (2:2) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Səbuhi Musayev