Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Karlo Ançelotti "Real Madrid"dən ayrılmasının səbəbini açıqladı: "Hər şeyin bir sonu var"
Karlo Ançelotti "Real Madrid" klubu ilə yollarının ayrılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, təcrübəli çalışdırıcı jurnalistlərin suallarını cavablandırarkən "Real Madrid"də çalışdığı müddət ərzində xoşbəxt olduğunu, amma artıq yolları ayırmanın zamanı çatdığını bildirib.
"Niyə "Real Madrid"dən gedirəm? Həyatda hər şeyin bir sonu var. Burada keçirdiyim zamandan zövq aldım. Burada keçirdiyim illər ərzində qazanılan çox sayda kubokun ardından klubdan ayrılıram. Kimsə əvvəllər mənə desəydi ki, 4 ilə 11 kubok qazana bilərəm, bunun mümkünsüz olduğunu deyərdim.
Braziliya millisi açıqladı ki, 26 maydan etibarən onların baş məşqçisi olacağam. Onlar niyə belə tez açıqladılar? Hər kəs öz istədiyi kimi edir.
"Real Madrid" nə vaxt hazır olsa, o zaman mənim gedəcəyimi açıqlayacaq. 26 maydan etibarən Braziliya millisini çalışdıracağam. O günə qədər "Real Madrid"in baş məşqçisiyəm. Burada son günlərimi zövq alaraq və ən yaxşı şəkildə keçirmək istəyirəm.
Həyatımın sonunadək "Real Madrid" azarkeşi olacağam. Hər zaman bu klubu sevəcəyəm və bu klub məni sevəcək. Klubun dəyişikliyə ehtiyacı var. Məşqçilərin də dəyişikliyə ehtiyacı olur. Bu, həyatdır və heç bir drama ehtiyac yoxdur. Həyat davam edir. Heç bir peşmanlığım da yoxdur.
Xabi Alonso üçün nə məsləhət görərəm? Düşünmürəm ki, onun hər hansı məsləhətə ehtiyacı olsun. O, əla baş məşqçidir.
"Real Madrid"dən ayrılacağımı nə vaxt bildim? Dünən (gülür)".
Qeyd edək ki, Karlo Ançelotti bu ayın sonundan etibarən Braziliya millisinin baş məşqçisi olacaq.
"Karlo Ançelotti" teqi üzrə xəbərlər
- Braziliya millisi unikal nəticəyə imza atıb
- Ançelotti Braziliya millisinin oyunundan razı qalıb
- Avropanın "TOP-5" liqasında çempionluq yaşayan yeganə baş məşqçi – Karlo Ançelotti
- FIFA Karlo Ançelottinin transferi ilə bağlı Braziliyadan izahat tələb edib
- Karlo Ançelotti Neymarı milliyə dəvət etməməsinin səbəbini açıqladı