Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aleksey Baqa "Sumqayıt"ın sükanı arxasına qayıdır? - İddialara CAVAB VERDİ
Belaruslu çalışdırıcı Aleksey Baqa "Sumqayıt" klubunu çalışdıracağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az Sportlife.az-a istinadən xəbər verir ki, o, klubdan heç kimlə danışığının olmadığını bildirib.
Baqanın "Təklif olsa, "Sumqayıt"a gələrsinizmi?" sualına cavabı isə belə olub: "Bu haqda çox düşünmək lazımdır".
Qeyd edək ki, Aleksey Baqa daha əvvəl də "Sumqayıt"a başçılıq edib. O, 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrınadək komandanın sükanı arxasında olub və uğursuz nəticələrə görə istefaya göndərilib.
Ötən gün Vaqif Cavadovla müqaviləyə xitam verən "Sumqayıt" klubuna yeni mövsümdən etibarən belaruslu çalışdırıcı Aleksey Baqa başçılıq edəcək.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət başa çatıb.
Komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Baqanın Azərbaycana gəlməsi gözlənilir.
İlk dəfə 2021-ci ilin dekabrında kluba baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.
Qeyd edək ki, belaruslu "Sumqayıt"dan başqa, "Sokol" (Rusiya), "Şaxtyor" (Belarus), BATE (Belarus), "Jalgiris" (Litva) və "Aktobe"ni (Qazaxıstan) çalışdırıb. O, BATE, "Şaxtyor" və "Jalgiris"ə çempionluq titulları qazandırıb.