“Karvan” daha bir futbolçunun transferini həll edib. Mərkəz müdafiəçisi Xəyal Əmirli bundan sonra Yevlax klubunun şərəfini qoruyacaq.
Oxu.Az xəbər verir ki, 25 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Bu, I Liqa klubunun son günlər reallaşdırdığı üçüncü transferdir. Xəyal 2023-cü ilin sentyabrından “Ağdaş”da forma geyinib.
Əmirli daha öncə “Qəbələ”, “Zaqatala” və “Qaradağ Lökbatan” klublarının da şərəfini qoruyub.
Rəylər