Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz" və "Qəbələ" klubları Rusiya "SKA-Xabarovsk"unda oynayan azərbaycanlı futbolçu Sadıq Bağıyevlə maraqlanırlar.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Sergey İlyov məlumat yayıb.
Bildirilir ki, Azərbaycan klubları gənc oyunçunun keçidi üçün müəyyən məbləğ ödəməyə hazırdırlar.
Futbolçunun özünün isə karyerasını Rusiyada davam etdirməyə maraq göstərdiyi vurğulanır.
Futbolçu Rusiyanın sayca II liqasında bu mövsüm 16 matçda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Bağıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) iki oyununda meydana çıxıb.