Futbol üzrə dünya çempionatında yeni bombardir müəyyənləşib.
Oxu.Az xəbər verir ki, İngiltərə millisinin hücumçusu Hari Keyn hazırda davam edən Panama ilə görüşdə het-trik edib.
“Totenhem”in hücumçusunun 22, 45-ci dəqiqədə penaltidən və 62-ci dəqiqədə vurduğu (top ona dəyərək qapıdan keçib – S.M.) qollar onun Kriştianu Ronaldu və Romelu Lukakunu keçməsinə səbəb olub.
Belə ki, Keyn beş qolla bu iki həmkarını qabaqlayıb. Sonuncu qoldan sonra o, Ceymi Vardi ilə əvəzlənib.
Səbuhi MUSAYEV
www.oxu.az