Klublar arasında şahmat üzrə 31-ci Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, klublar arasında şahmat üzrə Avropa çempionatının 4-cü mərhələsində SOCAR mühüm rəqibi olan italyan klubu OBIETTIVO RISARCIMENTO PADOVA komandasına 4-2 hesabı ilə qalib gəlib.
Qələbəni komandaya VeselinTopalov və Şəhriyar Məmmədyarov gətirib.
ODLAR YURDU böyük xal fərqi ilə Avstriyanın SC MPA - MARIA SAAL komandasına qalib gəlib, hesab 4.5-1.5 olub.
Uğurla irəliləyən SOCAR beşinci mərhələdə Vladimir Kramnikin rəhbərlik etdiyi Sibir (Rusiya) komandası ilə görüşəcək.
6 xal toplayan ODLAR YURDU Norveçin VAALERENGA komandası ilə görüşəcək.