Klublar arasında şahmat üzrə 31-ci Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, klublar arasında şahmat üzrə Avropa çempionatının lideri müəyyənləşib.
Bu, SOCAR-a 3.5-2.5 minimal xal hesabı ilə üstün gələn Rusiyanın Sibir komandasıdır.
Vladimir Kramnikin Veselin Toplaov üzərində, Aleksandr Qrişukun Fabiano Karuano üzərində qələbəsinə yalnız Li Çaoya qalib gələn Adams ləyaqətli cavab verib.
Digər lider Makedoniyadan Alkaloid İtaliyanın OBIETTIVO RISARCIMENTO PADOVA klubuna eyni hesabla məğlub olub.
Eyni hesab fərqi ODLAR YURDU klubuna Norveçin VAALERENGA klubuna qalib gəlmək imkanı verib. Beş heç-heçədən sonra komandaya qələbəni Qadir Hüseynov qazandırıb.
İndi komandalarımızın hərəsinin 8 xalı var.
Turnirin sonuna iki mərhələ qalıb.