"İmişli" futbol klubu heyətinə daha bir futbolçu cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
19 yaşlı qapıçı Sadiq Məmmədzadə ilə iki illik müqavilə imzalanıb.
Sadiq Məmmədzadə peşəkar futbol karyerasına "Səbail" klubunda başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, son mövsümü icarə əsasında "Difai" klubunda keçirib.

"Kəpəz" futbol klubu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
Xatırladaq ki, E.Şahverdiyev ötən mövsüm "Kəpəz"də 32 oyunda bir dəfə fərqlənib.

Azərbaycanın "Şəfa" futbol klubu daha bir əcnəbi oyunçu transferini həyata keçirib.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, sözügedən oyunçu hollandiyalı yarımmüdafiəçi Dilan Mertensdir.
30 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.
Mertens Hollandiyanın "Telstar" və "Volendam", Bolqarıstanın "Botev" (Plovdiv) və Rusiyanın "Fakel" klublarında oynamaq təcrübəsinə malikdir.
