"Şəfa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı təmsilçisi 27 yaşlı fransalı yarımmüdafiəçi Musa Queli ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Musa Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyənin "Samsunspor", Fransanın isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının da formasını geyinib.

Qaynar xətt:
(055) 224 12 12