"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Yevlax təmsilçisi nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Giresunspor" və "Ankara Keçiörengücü", həmçinin Nigeriyanın "Emordi" və "Rasinens" klublarında çıxış edib.

Qaynar xətt:
(055) 224 12 12