"Zirə" yeni futbolçu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubdan məlumat yayılıb.
"Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Kot-d'İvuardan olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.

"Qəbələ" futbol klubu növbəti transferini reallaşdırıb.
Oxu.Az komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb. 24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstanın "Kazintsbartsika" klubu olub. O, müxtəlif illərdə "Zalaeqerseq" (Macarıstan), "Nafta" (Sloveniya), "Livinqston", "Dandi Yunayted" (hər ikisi Şotlandiya) klublarında çıxış edib.

"Şəfa" futbol klubu növbəti transferini reallaşdırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, kanadalı vinger Treyvon Fuller ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu son olaraq Gürcüstanın "Dila" (Qori) klubunda çıxış edib. O, karyerası ərzində Portuqaliyanın "Tondela", "Leyşoyş" və "Kovilya" kimi komandalarının da formasını geyinib.
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Bruno Franko ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" FK məlumat yayıb.
Bildirilib ki, cinah müdafiəçisi daha bir il komandamızın uğurları üçün çalışacaq. Braziliyalı futbolçu 2025/26 mövsümünü də "Araz-Naxçıvan"ın heyətində keçirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilələr imzalayıb.
