UEFA Konfrans Liqasının qrup mərhələsinin iki oyununda “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Nikosiyada GSP stadionunda 4:1 hesablı qələbəyə sevinib.
Qarşılaşmada ilk qolu 40-cı dəqiqədə “Omoniya” futbolçuları vurub. Rəqibin heyətində Yan Letsyaks fərqlənib. Ağdam klubunun heyətində isə qolları Kadi (52, 90+4), Ramil Şeydayev (73), Maksim Medvedev (79) vurub.
Qrupun digər oyununda “Bazel” klubu “Kayrat” üzərində 4:2 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Qarabağ” dörd xalla qrupda birincidir. Eyni xala malik olan “Bazel” ikinci, bir xala malik “Kayrat” və “Omoniya” üçüncü və dördüncü yerdə qərarlaşıb.
00:50
“Qarabağ” Kiprdə “Omoniya”ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda dördüncü qolu vurub.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqədə Kadi özünün ikinci, komandasının dördüncü qolunu vurub - 4:1.
00:42
“Qarabağ” Kiprdə “Omoniya”ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda üçüncü qolu vurub.
79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.
00:37
Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab dəyişib.
İkinci hissədə meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib - 2:1.
00:19
Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab bərabərləşib.
52-ci dəqiqədə Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə tarazlığı bərpa edib - 1:1.
23:48 (30.09.2021)
Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk qol vurulub.
40-cı dəqiqədə Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks hesabı açıb - 1:0.
23:04
Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.
22:57
Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək “Omoniya” (Kipr) - “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.
Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev