"Napoli" klubunun baş məşqçisi Antonio Konte həftənin sonuna qədər fasilə götürmək və klubdan ayrılmaq qərarına gəlib.
Oxu.Az bildirir ki, bu barədə "Napoli"nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilir ki, bu qərar klub rəhbərliyi ilə razılaşdırılıb. Konte noyabrın 17-dək komandanın məşqlərinə qatılmayacaq.
Oyunçular Kontenin köməkçisi Kristian Stellininin rəhbərliyi altında məşq edəcəklər. Daha əvvəl bildirilmişdi ki, "Napoli" Konteni qovmaq fikrində deyil və qış transfer pəncərəsi dövründə heyətin gücləndirilməsinə 50 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 11 turdan sonra turnir cədvəlində 22 xalla dördüncü yerdədir və lider "İnter"dən iki xal geri qalır.