Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kurban Berdıyev: "Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik"
"Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın XIX turunda "Kəpəz"ə 2:5 hesablı məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı mütəxəssis bu məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını söyləyib:
"Kəpəz" layiqli qələbə qazandı, onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bugünkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik".
Qeyd edək ki, "Turan Tovuz" hazırda turnir cədvəlində 32 xalla dördüncü pillədə qərarlaşıb.
"Kurban Berdıyev" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubu rusiyalı futbolçu ilə anlaşıb
- Kurban Berdıyev "Turan Tovuz"dan ayrılır?
- Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri siyahısında doqquz pillə irəliləyib
- "Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
- Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilər siyahısında 15 pillə geriləyib
Rəylər