Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısını ekstradisiya etdi
Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olublar.
Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edərək, onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, "Barış Boyun" cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.
Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.
Bildirilir ki, sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq
- Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib
- Paşinyan: "Yeni konstitusiyanın qəbul edilməsi zəruridir"