"Qələbəyə görə çox sevinirik".
Oxu.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Turan Tovuz" oyunundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev deyib.
O bildirib ki, komandası qələbə qazanmaq üçün çox əziyyət çəkib:
"Qarabağ" çox güclü komandadır. Hər oyuna xüsusi hazırlaşırıq. Daha çox futbolçularıma görə sevinirəm. Onlar liderlərə qarşı yaxşı oynaya bildiklərini göstərərək özlərinə inam qazandılar".
Qeyd edək ki, "Azersun Arena"da keçirilən "Qarabağ" - "Turan Tovuz" qarşılaşması qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.