Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə (0:1) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.
Misli Premyer Liqasının XI turunda "Qarabağ" evdə "Turan Tovuz"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyunda Tovuz klubu 0:1 hesablı səfər qələbəsi qazanıb.
Qolu 80-ci dəqiqədə Roderik Miller vurub.
"Turan Tovuz" bu qələbə ilə xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Qarabağ" isə 19 xalla dördüncü sıraya geriləyib.
Qeyd edək ki, "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək.
Oxu.Az xəbər verir ki, turun proqramına iki qarşılaşma daxildir.
Günün ilk matçında "Qarabağ" "Azersun Arena"da "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
İkinci oyunda "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"lə üz-üzə gələcək. Bu qarşılaşma isə saat 20:00-da start götürəcək.
X tur
6 noyabr
18:00. "Qarabağ" - "Turan Tovuz";
20:00. "Neftçi" - "Kəpəz".