Xuan Laporta rəsmən “Barselona” idman klubunun prezidenti kimi səlahiyyətlərinin icrasıına başlayıb.
Bu münasibətlə Nou Kampda təntənəli mərasim keçirilib.
Tədbirdə çoxsaylı qonaqlar, eləcə də əsas komandanın məşhur simaları, o cümlədən Ronald Kuman, Lionel Messi, Serxio Buskets, Serxi Roberto və Jerar Pike iştirak ediblər.
Mərasimdə geniş nitqlə çıxış edən Laporta kürsüyə qalxmamışdan öncə Kuman, Messi, Roberto, Buskets və Pike ilə şəxsən salamlaşıb.
Çıxışında rəhbərliyin Kumana sonsuz inamını ifadə edən yeni prezident Messiyə üzünü tutaraq deyib: “Mən sənin tarixdə ən yaxşı oyunçu olduğunu bilirəm və istəyirəm ki, komandada qalasan”.
🔵🔴 Joan Laporta, the new president of FC Barcelona pic.twitter.com/74e0RJlfuO
— FC Barcelona (@FCBarcelona) March 17, 2021