Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Son oyun günündə daha iki görüş keçirilib.
“Çelsi” öz meydanında “Atletiko”nu qəbul edib. Səfərdə minimal hesabla qalib gələn “zadəganlar” evdə iki cavabsız top vuraraq 1/4 finala yüksəlib.
Digər oyunda turnirin son qalibi “Bayern” evdə “Latsio” ilə qarşılaşıb. Səfərdə 4:1 üstün olan münhenlilər demək olar ki, məsələni həll etmişdi. “Bayern” ev oyununda da rəqibinə qalib gəlib – 2:1.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
“Çelsi” (İngiltərə) – “Altetiko” Madrid (İspaniya) 2:0
Qollar: Ziyeş, 34, Emerson, 90+4
Qırmızı vərəqə: Saviç, 82
İlk oyun – 1:0