Ukraynada son sutka ərzində 9840 nəfər koronavirusa qarşı peyvənd olunub. Onlardan 9839 nəfərə birinci, bir nəfərə isə ikinci doza peyvənd vurulub.
Bu barədə Ukrayna mətbuatı yazıb.
COVID-19 peyvəndinin ikinci dozası Maldiv adalarında çalışan və orada peyvəndin ilk dozası vurulmuş həkimə vurulub.
Ukrayna Səhiyyə Nazirliyindən bildirilib ki, vaksinasiya kampaniyasının başlamasından bu yana ölkədə ümumilikdə 71923 nəfərə peyvənd vurulub, onlardan 71922 nəfərə birinci, bir nəfərə isə hər iki doza peyvənd vurulub.