"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Roma klubu "Arsenal"ın futbolçusu Nuno Tavareşi transfer edib.
Portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Tavareş karyerası ərzində icarə əsasında "Benfika", "Marsel" və "Nottingem Forest" klublarında da çıxış edib.