"Leypziq" hücum xəttini Türkiyənin "Göztəpə" klubunda çıxış edən futbolçu Romulo ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
23 yaşlı forvardla beş illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Leypziq" bu keçid üçün Superliqa təmsilçisinə 20 milyon avro ödəyəcək.
Xatırladaq ki, Romulo ötən mövsüm "Göztəpə"nin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 10 assistlə yadda qalıb.