2025-ci ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 616 yenidoğulmuş körpə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.7 faiz olub.
Körpələrdən 1 510-u əkiz, 63-ü isə üçəm olub.