Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Liberti" "Formula-1" rəhbərliyində "təmizlənmə" işlərinə hazırlaşır
"Formula-1"in kommersiya hüquqlarının sahibi, ABŞ-nin "Liberti Media" şirkəti çempionat rəhbərliyində (FOM) "təmizlənmə" işlərinə hazırlaşır. Nəticədə, Stefano Domenikali postunu itirə bilər. Bundan əlavə, bu mübarizə Kristian Hornerlə Toto Volf arasında gərginliyi artıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" öz mənbələrinə istinadən məlumat yayıb.
Keçən yay Stefano Domenikalinin FOM ilə müqaviləsinin uzadacağı və daha bir neçə il "Formula-1"in baş direktoru vəzifəsində qalacağı gözlənilirdi. Lakin bu baş vermədi. Onun hazırkı müqaviləsi cəmi bir illikdir.
Qeyd olunur ki, Domenikalinin ətrafı hər şeyin qaydasında olduğuna və gələcəyinə nəzarətin onun əlində olduğuna inanır. Bununla belə, nəşr qeyd edir ki, "Liberti Media"nın rəhbəri Qreq Maffeyin kiçik bir "təmizləmə"ni ciddi şəkildə nəzərdən keçirməsi barədə məlumat yayılmışdı.
"Məncə, Qreq hər şeyi özü idarə etmək istəyir", - nəşr mənbədən sitat gətirir.
Rəylər