Avropa Voleybol Konfederasiyası Kuboku (CEV) uğrunda gərgin mübarizə davam edir.
Oxu.Az xəbər verir ki, artıq CEV Kubokunun 1-ci mərhələsi arxada qalıb.
Yarışların birinci mərhələsinin yekunları üzrə Azərbaycanı təmsil edən “Lokomotiv” voleybol klubunun göstərdiyi oyun böyük marağa səbəb olub.
Belə ki, “Lokomotiv” 5 ən yaxşı blok və 5 ən yaxşı zərbə üzrə hər iki reytinqdə yer qazanıb.
Kazanda yerli “Dinamo” ilə qarşılaşan “Lokomotiv” komandasının rəqibə qarşı qurduğu və son nəticədə komandaya xal qazandıran blok ilk reytinqdə yer alıb.
Kazan “Dinamo”sunun voleybolçuları Aleksandranın topa endirdiyi zərbənin qarşısında aciz qalıblar.