Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu - VİDEO
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib. Oyun Zaqreb “Dinamo”sunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.
Xatırladaq ki, “Dinamo” ilə “Astana” bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə M.Emreli baxımlı qola imza atıb. “Dinamo” iki oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) “Dinamo” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
Bu qrupun digər matçında isə “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
C qrupu
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan) - 5:1
Qollar: Petkoviç, 43-pen; Bulat, 58, Marin, 85, Haliloviç, 90+3 - Hovhannisyan, 78.
23:00. “Viktoriya” (Çexiya) - “Balkani” (Kosovo) - 1:0
Qol: Kalvax, 73.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: PSJ "Lİverpul"u mübarizədən kənarlaşdırdı
- UEFA Çempionlar Liqası: "Bavariya" və "İnter" 1/4 final mərhələsinə vəsiqə qazandılar
- UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinə adlayan ilk komanda məlum oldu
- UEFA Çempionlar Liqası: İlk dörddəbir finalçılar bəlli olacaq
- UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?