Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor və rusiyalı idmançı Həbib Nurməhəmmədovun alacaqları qonorarların məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, Makqreqor üç milyon dollar qonorar alacaq.
Nurməhəmmədovun qonorarı isə 2 milyon dollar olacaq.
Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.
Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.
Qeyd edək ki, Makqreqorla Nurməhəmmədovun döyüşü oktyabrın 7-də Las Veqasda keçiriləcək.