"Mançester Siti" hücumçusu Omar Marmuşu "Tottenhem"ə icarəyə verib.
Oxu.Az bu barədə "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir.
Daha əvvəl mətbuatda yayılan məlumatlara görə, icarə müqaviləsində müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 50 milyon funt-sterlinq (təxminən 58 milyon avro) məbləğində məcburi satınalma öhdəliyi nəzərdə tutulur.
Qeyd edək ki, Marmuş 2025-ci ilin yanvarından "Mançester Siti"nin heyətində çıxış edir. Ötən mövsüm misirli hücumçu bütün turnirlərdə klubun heyətində 36 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "şəhərlilər"lə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.